Fev 18, 2019 09:56 Asia/Baku
  • Kəşmirlilərin evləri hindular tərəfindən yandırılıb
    Kəşmirlilərin evləri hindular tərəfindən yandırılıb

İfratçı hindular Kəşmirin Hindistanın nəzarətində olan hissəsində kəşmirlilərin mənzillərinə hücum edib onlarla evi və məktəbi yandırıblar.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, ifratçı hindular kəşmirlilərin mənzilləri, məktəbləri və ümumi obyektlərini yandırdıqdan sonra onların mallarını da qarət ediblər. 

Kəşmirin Hürriyyət Konfransının rəhbərləri, o cümlədən Mir Vaiz Ömər Faruq ifratçı hinduların bu hərəkətini pisləyərək Hindistan dövlətini Hindulara mane olmağa çağırıb. 

Son günlərdə kəşmirlilərin ifratçı hindular tərəfindən hücuma məruz qalmaları halları artıb. 

Hindistan baş nazirinin fəaliyyətə başlamasından sonra ifratçı hinduların müsəlmanlara hücumları artıb və bu ölkədəki bəzi siyasətçilər Narendra Mudini iftatçı hindular qarşısında susmaqda ittiham edirlər.