Mart 01, 2019 13:38 Asia/Baku
  • Ş. Koreyanın xarici işlər naziri: ABŞ-ın tamahkarlıqları Hanoy danışıqlarının uğursuzluğuna səbəb oldu

Şimali Koreyanın xarici işlər naziri vurğulayıb ki, Amerika prezidentinin Şimali Koreyanın rəhbəri ilə müzakirələrdəki tamahkarlıqları iki tərəfin dünən Hanoyda keçirilən danışıqlarının uğursuz qalmasının əsas amili idi.

Şimali Koreyanın xarici işlər naziri Ri Yon Ho Amerika prezidentinin Şimali Koreyanın rəhbəri ilə Hanoyda keçirilən nəticəsiz müzakirələri bitəndən sonra deyib: Amerika bu müzakirələrdə Şimali Koreyanın nüvə elmi-tədqiqat mərkəzlərinin dağıdılmasından daha geniş addımların atılmasını istədi ki, bu tələblər Pxenyan heyətinin müxalifəti ilə üzləşdi.

Mətbuat konfransında çıxış edən Şimali Koreyanın xarici işlər naziri söyləyib: Pxenyanın nüvə və raket sınaqlarının həmişəlik olaraq dayandırılması təklifi ilə çıxış etdiyi bir halda, amerikan tərəf imtiyaz vermədən nüvə sahəsində Şimali Koreyanın bütün elmi-tədqiqat fəaliyyətlərinin dayandırılması niyyətində idi.

Ri Yon Ho deyib: Hanoy sammitində Pxenyan sanksiyaların bir hissəsinin azaldılması məsələsini irəli sürdü, amma amerikalı heyətin bu barədəki cavabı məyusedici oldu.

Şimali Koreyanın xarici işlər naziri bildirib ki, bu ölkənin lideri ABŞ prezidenti ilə iclasda BMT Təhlükəsizlik Şurasının Pxenyana qarşı qətnamələri ilə bağlı olan sanksiyaların ləğvi daxil olmaqla təkliflər irəli sürdü və bildirdi ki, bu ölkə dövləti yalnız sanksiyaların ləğvi qarşılığında öz əsas nüvə təsisatlarının fəaliyyətlərini dayandırmağa hazırdır.

Ri Yon Ho vurğulayıb ki, Amerikanın danışıqların gələcəkdə davam etdirilməsini istəyəcəyi halda, Pxenyanın mövqeyində heç bir dəyişiklik baş verməyəcəkdir.

ABŞ və Şimali Koreya başçılarının Hanoy sammiti dünən heç bir nailiyyət əldə etmədən başa çatdı.

Zənn edilənlərin əksinə olaraq, bu iclasda iki tərəf arasında bir razılaşma imzalanmadı. Pxenyanın istəklərindən biri, iki Koreya arasında 1950-1953-cü illərdə cərəyan etmiş müharibənin bitməsi barədə bəyannamənin imzalanması idi ki, Amerika indiyədək onu qəbul etməyibdir.

Altmış ildən çox bir zamanın keçməsinə rəğmən, bu müharibə hələ rəsmi surətdə başa çatmayıb və tərəflər arasında sülh müahidəsi imzalanmayıbdır.

 

 

Teqlər