Mart 15, 2019 20:01 Asia/Baku
  • Çin rəsmisi: Çin misli görünməmiş problemlərlə üzləşir

Çin Xalq Respublikası Siyasi Məşvərət Konfransının sədri bu konfransın illik sessiyasının bağlanış mərasimində deyib ki, Çin misli görünməmiş problemlərlə üzləşir.

Van Yan bu gün on gün müddətinə Pekində keçirilən bu konfransın iki min nümayəndəsinin qarşısında Çin xalqından istəyibdir ki, hakim partiyanın bu problemlərlə mübarizə üzrə strategiyaları və göstərişlərinə sadiq qalsın.

O, bu gün Çində mövcud olan mürəkkəb şəraitdən çıxış yolunu birlikdə görüb və belə deyib: İnkişaf yolunu milli birliklə davam etdirmək lazımdır.

Çin Xalq Respublikası Siyasi Məşvərət Konfransı sədrinin bu sözləri elə bir halda söylənibdir ki, Pekin Amerika ilə ticarət savaşındadır və Çinin iqtisadi inkişafı azalmaqdadır. Deyilənlərə görə, bu ölkə hökuməti iqtisadi islahatlar aparmaq üçün qarşıda çətin yollar keçməlidir.