Mart 16, 2019 11:05 Asia/Baku
  • Rusiya: Venesuelada elektrik enerjisinin verilməsində yaranan fasilə qəsdən edilmiş təxribatçılıqdır
    Rusiya: Venesuelada elektrik enerjisinin verilməsində yaranan fasilə qəsdən edilmiş təxribatçılıqdır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə günü dedi: Venesuelada elektrik enerjisinin verilməsində yaranan fasilələr xaricdən himayə və idarə olunan təxribatçılıqdır.

İRİB-nin bildirdiyinə görə, ötən bir neçə gündə Venesuelada vəziyyəti qarışdırmaq və qanuni hökumətə qarşı təzyiqləri artırmaq məqsədilə Nikolas Maduro hökumətinə qarşı "elektrik enerjisi savaşı" başladılıb. 

Venesuela prezidenti Nikolas Maduro ölkənin işıqsız qalmasının səbəbini ABŞ-ın kiber hücumu adlandırıb. 

Maduro ABŞ-ın ölkəsini işıqsız qoymasını kəskin formada tənqid edərək, Vaşinqtonun səylərinin nəticəsiz qalacağını dedi. 

ABŞ ötən həftələrdə Venesuelada dövlət çevrilişinə nail olmaq üçün ardıcıl təxribatçılıqla məşğuldur. 

Teqlər