Mart 17, 2019 10:52 Asia/Baku
  • İslamofobiya əleyhinə aksiya
    İslamofobiya əleyhinə aksiya

Yüzlərlə nəfər Yunanıstanın paytaxtı Afina şəhərində İslamofobiya əleyhinə aksiya keçirib.

İRİB-nin məlumatına görə, Afina sakinləri bu etiraz aksiyasında üzərinə "İslamofobiyaya yox" şüarı  yazılmış plakatlar daşıyaraq, ictimai təhlükəsizliyin hər kəsin haqqı olduğunu bildirib və nifrət qarşısında tolerantlığa "yox" şüarı veriblər. 

Cümə günü Yeni Zelandiyanın Kristçörç şəhərində terrorçular Linvud və Ən-Nur məscidlərinə hücum edərək, məsciddə olan insanları qətlə yetiriblər. Bu dəhşətli hadisədə 50 nəfər amansız şəkildə qətlə yetirilib, onlarla nəfər də yaralanıb. 

Bu terror aktının ardınca bir çox ölkədə o cümlədən Avropa şəhərlərində İslamofobiya əleyhinə etiraz aksiyaları keçirilib. 

İndiyə kimi bir çox ölkə və beynəlxalq təşkilat bə terror aktını qınayıb. 

Teqlər