Mart 25, 2019 10:31 Asia/Baku
  • Yeni Zelandiya xalqı bu ölkənin baş nazirinə Nobel sülh mükafatının verilməsini istəyib
    Yeni Zelandiya xalqı bu ölkənin baş nazirinə Nobel sülh mükafatının verilməsini istəyib

Yeni Zelandiya xalqının böyük bir hissəsi bu ölkədəki məscidlərə qarşı terror hücumu ilə bağlı anlaşma tərzinə görə, Yeni Zelandiyanın baş nazirinə Nobel sülh mükafatının verilməsini istəyib.

Casinda Ardern Yeni Zelandiya məscidlərinə qarşı on beş mart hücumundan bir gün sonra qara yaylıq örtüb, müsəlmanların nümayəndələri ilə görüşərək, onların kədəri ilə bölüşdü və bu terror hücumunu pislədi.

Yeni Zelandiyanın baş naziri bu terror hücumu qurbanlarının ailələrinin kədərini Yeni Zelandiya xalqının kədəri adlandırdı və sonra həlak olanların qəmlərinə şərik çıxdı.

Yeni Zelandiyanın baş naziri dünyanın və bu ölkənin bütün sakinlərindən istədi ki, həmin hücum qurbanlarına dəstək versinlər.

Cari həftənin cümə günü də Yeni Zelandiyanın Kraysçörç şəhərindəki Əlnur məscidinin qarşısında yerləşən parkda həlak olanların anım mərasimi keçirilməlidir.

Yeni Zelandiyanın baş nazirinin bu kimi addımları bu ölkə xalqının böyük bir hissəsinin ona Nobel sülh mükafatının verilməsini istəməsinə səbəb olubdur.

Martın on beşində Yeni Zelandiyanın Kraysçörç şəhərindəki Linvood və Əlnur məscidlərinə qarşı terror hücumunda 52 nəfər həlak oldu, 47 nəfər də yaralandı.

 

 

Teqlər