Apr 25, 2019 09:20 Asia/Baku
  • Amerika Sepah-a qarşı sanksiyalar üçün istisnalar təyin edib
    Amerika Sepah-a qarşı sanksiyalar üçün istisnalar təyin edib

Amerika hökuməti dünən bu ölkənin İran İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-a qarşı bəzi sanksiyaları üçün istisnalar təyin edib.

ABŞ-ın dövlət katibi Mayk Pompeo bu istisnaları müəyyən edibdir.

Yeni güzəştlərə əsasən, İslam İnqilabı Keşikçiləri Korpusu ilə anlaşmaya malik olan xalq təşkilatları, şirkətlər və xarici dövlətlərin rəsmiləri Amerikaya səfər qadağası qaydalarına şamil olmayacaqlar.

Bu istisnalar Amerika federal hökumətinn rəsmi nəşri- Federal Ricester(Federal Register)də dərc olunub.

Pompeo deyib ki, bu sanksiya istisnalarının verilməsi Amerikanın milli təhlükəsizlik maraqları istiqamətindədir.

Amerika hökuməti aprelin 8-də həyasızcasına və qanunsuz bir hərəkətdə İran İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ı terror qrupları siyahısına saldı və bu rəsmi orqana qarşı sanksiyalar tətbiq etdi.

Amerika hökumətinin bu hərəkəti beynəlxalq səviyyədə geniş şəkildə pislənildi.

ABŞ-ın dövlət katibi Mayk Pompeo son zamanlar etiraf edibdir ki, Vaşinqton İran İslam İnqilabı Keşikçiləri Korpusunu sionist rejimə görə Amerikanın terror təşkilatları siyahısına salıbdır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu Amerikanın və sionist rejimin regionda dəstək verdikləri terrorçularla mübarizədə əsas rol oynayır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu İraq və Suriyanın rəsmi xahişləri ilə bu ölkələrdə təkfirçi-terrorçu qruplarla mübarizə istiqamətində onlara hərbi məsləhətlər verir. Bu hərəkət heç bir vəchlə Amerikanın və sionist rejimin xoşuna gəlmir.

Teqlər