Apr 25, 2019 15:06 Asia/Baku
  • Qazaxıstanda Suriya slüh müzakirələrinin yeni turu başlanıb

Qazaxıstanın Nur-Sultan şəhərində Suriya slüh müzakirələrinin 12-ci turu başlanıb.

Qazaxıstan xarici işlər nazirliyi bu gün bir bəyanatda bildirib: Suriya slüh müzakirələrinin yeni turu Rusiya, İran və Türkiyə nümayəndələrinin iştirakı ilə bu gün başlanıb və iki gün müddətinə davam edəcəkdir.

Müzakirələrin bu turunda Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, İran xarici işlər nazirinin xüsusi nümayəndəsi Əli Əsğər Xaci və Türkiyə xarici işlər nazirinin müavini Sadat Onal iştirak edirlər.

Bəşşar Əlcəfəri Suriya hökumətinin nümayəndəsi və Gir Pederson da BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi kimi bu müzakirələrdə iştirak edirlər.

Qazaxıstan xarici işlər nazirliyi bildirib ki, Suriya müxaliflərinin heyəti də bu müzakirələrdə iştirak edəcək.

Gözlənildiyinə görə, Suriya əsas qanununun araşdırılması komitəsinin təşkili və işə başlaması məqsədilə bu ölkədə siyasi prosesin irəlilədilməsi yolları və siyasi prosesə yeni nəzarətçilərin təyini məsələsi müzakirə mehvərlərindən olacaqdır.

Teqlər