May 15, 2019 21:26 Asia/Baku
  • Boltan kənarlaşdırıla bilər; bir Amerikan nəşri yazır
    Boltan kənarlaşdırıla bilər; bir Amerikan nəşri yazır

"National İnterest" jurnali iki məlumatlı mənbəyə istinadla milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Boltonun kənarlaşdırılmasına dair ehtimallardan xəbər verib.

Nəşrin yazdığına görə, milli təhlükəsizlik müşaviri Con Boltonun İran, Venesuela və Şimali Koreya əleyhinə canfəşanlıqları onu Ağ Evdən çıxarılmaq təhlükəsi ilə üzləşdirib. 

Bu amerikan jurnal ABŞ Dövlət Depatamentindəki bir mənbəyə istinadla yazır: ABŞ dövlət katibi Mayk Pompeo öz mövqeyini mühafizə etməyə çalışır amma Bolton Dövlət Departamentinə nifrət edir və aranı qarışdırır. 

Vaşinqton Post qəzeti öncə yazmışdı ki, ABŞ prezidenti Donald Tramp Bontonun Venesuelaya qarşı avanturist müdaxiləsindən nigarandır və deyib ki, milli təhlükəsizlik müşaviri onu müharibəyə sürükləmək istəyir.  

Teqlər