May 16, 2019 13:20 Asia/Baku
  • Avstriya prezidenti ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları barədə xəbərdarlıq edib

Avstriya prezidenti ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarını avropalı şirkətlər üçün zərərli adlandırıb.

Avstriya prezidenti Aleksandr Van der Bellen Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə birgə mətbuat konfransında Amerikanın yetərincə dəlil olmadan nüvə anlaşmasından çıxmaq barədəki qərarını tənqid edib. O, deyib: Bu hərəkət beynəlxalq razılaşmalara inamı şübhə altına alır.

Avstriya prezidenti etiraf edib ki, Avropa Birliyi hələ İranla ticarət üçün səmərəli bir mexanizm icra edə bilməyibdir.

Aleksandr Van der Bellen Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin  İranın öz nüvə öhdəliklərinə ardıcıl surətdə sadiq qalmasına dair 14 hesabatına işarə edərək, əlavə edib: İrana qarşı sanksiyaların geri qaytarılmasına şamil olan bu qərardan sonrakı hadisələr Avropa, Avstriya və avstriyalı şirkətləri də təsir altına alır.

Van der Bellen vurğulayıb ki, Avstriya və Avropa İttifaqı nüvə anlaşmasının tam şəkildə davam etməsilə razıdırlar.

Amerikanın ötən il mayın 8-də nüvə anlaşmasından çıxmasından və bütün sanksiyaları geri qaytarmasından sonra İran ötən həftə bu anlaşmada qalan ölkələrə xüsusən bank və neft sahələrindəki öhdəliklərini icra etmələri üçün 60 günlük fürsət verdi.

Teqlər