May 26, 2019 13:30 Asia/Baku
  • Nigeriyada silahlı qiyamçılar 25 hərbçini qətlə yetirdilər
    Nigeriyada silahlı qiyamçılar 25 hərbçini qətlə yetirdilər

Nigeriyada silahlı qiyamçılar ölkənin şimalında pusqu quraraq, 25 hərbçini habelə bir neçə mülkini qətlə yetirdilər.

İRİB-nin bildirdiyinə görə, hələ ki, bu hücumu həyata keçirənlərin kimliyi məlum deyil. Amma, ötən illərdə Nigeriyanın şimalında törədilən hücumlar əsasən Boko Haram terror qruplaşması tərəfindən həyata keçirilib. 

Boko Haram terror dəstəsi 2009-cu ildə Nigeriyanın şimalında varlığını elan edərək, terror hücumlarını Nigeriya, Çad və Kamerun ərazilərinə qədər genişləndirdi. 

Boko Haram bu müddət ərzində Nigeriya, Kamerun, Çad və Nicerdə 20 mindən çox insanı qətlə yetirib, 2 milyondan çox insanın didərgin düşməsinə səbəb olub. 

Boko Haramın fəaliyyət göstərdiyi ərazilərdə yerli hökumətlərin xüsusilə Nigeriya dövlətinin terrorçular ilə mübarizədəki acizliyi Boko Harama qarşı savaşın uzanmasına səbəb olub. 

Teqlər