İyun 03, 2019 10:21 Asia/Baku
  • Ağ Ev önündə atışma
    Ağ Ev önündə atışma

ABŞ mediaları Ağ Evin qarşısında atışmanın baş verməsindən xəbər veriblər.

Amerikanın xəfiyyə qüvvələri bu gün Ağ Ev-in yaxınlığında bir nəfərə atəş açıblar.

Bu şəxs ABŞ prezidentinin xarici səfərə yola düşməsindən sonra Ağ Ev-in şimalındakı qadağan olunmuş məntəqəyə daxil olubmuş.

Amerikanın xəfiyyə qüvvələri atəş açmazdan öncə ona xəbərdarlıq ediblər.

Bu şəxsin kimliyi indiyədək polis tərəfindən müəyyən edilməyibdir.

Bu məlumat elə bir şəraitdə yayılır ki, son zamanlar bir şəxs özünü Ağ Ev-in qarşısındakı səkiyə çatdıraraq, özünü yandırıbdır.

Teqlər