İyun 23, 2019 11:38 Asia/Baku
  • Almaniyada polis ətraf mühit fəallarına hücum edib
    Almaniyada polis ətraf mühit fəallarına hücum edib

Almaniya polisi onlarla etirazçı ətraf mühit fəalına hücum edərək, onların bir qrupunu həbs edibdir.

Almaniya polisi bu ölkədə ən böyük qəhveyi daş kömür mədəninin fəaliyyətə başlamasına etiraz edən onlarla ətraf mühit fəalını həbs edib.

Polis deyir ki, bu şəxslər Almaniyanın qərbində yerləşən "Qarzvayler" mədəninin ətrafına daxil olmuşdular və onların bu hərəkəti həyatlarını təhlükəyə salırdı.

Məlumatlara əsasən, bu etirazçılarla toqquşmada bir qrup polis zabiti də yaralanıbdır.

Bundan qabaq da bəzi etirazçı ətraf mühit fəalları bu mədənə qovuşan dəmiryolunu bağalaya bilmişdilər.

Teqlər