İyun 24, 2019 15:37 Asia/Baku
  • Amerikan “əsrin sövdələşməsi” planı livanlı və fələstinli ruhanilər tərəfindən boykot edilib
    Amerikan “əsrin sövdələşməsi” planı livanlı və fələstinli ruhanilər tərəfindən boykot edilib

Yüzdən çox livanlı və fələstinli ruhani Livanın cənubunda yerləşən Sayda şəhərində amerikan “əsrin sövdələşməsi” planını pisləyibdir.

“Müsəlman Din Alimləri Heyəti” və “Livanda Fələstin Din Alimləri Cəmiyyəti” tərəfindən keçirilən bu iclasın gedişində iclas iştirakçıları sionist düşmən qarşısında müqavimətə və amerikan “əsrin sövdələşməsi” planı qarşısında birliyin qorunmasına təkid ediblər.

Fələstinlilərin öz ölkələrinə geri dönmələrinə təkid, livanlı və fələstinli ruhanilərin iclaslarının digər mehvərlərindən olubdur.

Livanlı və fələstinli ruhanilərin iclası elə bir halda keçirilibdir ki, iyunun 25 və 26-da amerikan “əsrin sövdələşməsi” planı ilə bağlı Bəhreynin Manama şəhərində Bəhreyn konfransı keçiriləcəkdir.

Son həftələrdə bir çox islami və qeyri-islami ölkə, o sıradan, Livan, İraq, Çin və Rusiya Bəhreyn konfransını boykot ediblər.

“Əsrin sövdələşməsi” planının icrasının ilk etapı olacaq Bəhreyn konfransı iyunun 25 və 26-da Manamada keçirilməlidir. Fələstin ərazisinə investisiya cəzbi və Fələstinə az faizli kreditlərin təqdim olunması onun məqsədlərindən elan olunubdur.

ABŞ hökuməti tərəfindən irəli sürülmüş “Əsrin sövdələşməsi” Fələstin xalqının hüquqlarını aradan qaldırmağa çalışır. Bu plan bir sıra ərəb ölkələrinin, o cümlədən səudiyyə ərəbistanı və birləşmiş ərəb əmirliklərinin əməkdaşlığı və razılığı ilə işlənib hazırlanıbdır.

Amerikan “əsrin sövdələşməsi” planına əsasən, Qüdsi-Şərif sionist rejimə veriləcək. Digər ölkələrdəki fələstinli qaçqınların geri qaytarılmalarına icazə verilməyəcək, Fələstin yalnız İordan çayının qərb sahilində və Qəzzə zolağında yerdə qalan ərazilərə sahib olacaq.

“Əsrin sövdələşməsi” planı çərçivəsində ABŞ prezidenti Donald Tramp 2017-ci il dekabrın 6-da işğal olunmuş Qüds şəhərini saxta sionist rejimin paytaxtı kimi təqdim etdi və özünün Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədəki qərarından xəbər verdi. Amerika hökuməti 2018-ci il mayın 14-də bu qərarı həyata keçirdi.

Qüds 1967-ci ildən bəri sionist rejimin işğalındadır.

 

Teqlər