İyul 12, 2019 14:32 Asia/Baku
  • ABŞ ilə Fransa arasında yeni ticarət gərginliyi

Tramp bir daha öz müttəfiqi Fransanı hədəfə alıbdır ki, öncə iki ölkə arasında yeni ticarət gərginliyi yaratmış, sonra isə imtiyaz almış olsun.

ABŞ prezidenti yeni sərəncamda Fransadakı amerikan şirkətlər üzərində verginin tətbiq edilməsi barədə araşdırmanın aparılmasını istəyib. Bu istiqamətdə Amerikanın xüsusi müfəttişləri Fransanın Amerikanın iri rəqəmsal şirkətlərinə qarşı vergilərin tətbiq olunmasına dair layihələrini araşdıracaqlar.

Müsahibə(kişi): Bu qərar Amerikanın Fransaya, həmçinin ABŞ-a ixrac olunan Fransa məhsullarına qarşı intiqam və əvəzçıxma hərəkəti deməkdir. Bu intiqam ya gömrük rüsumlarının artırılması, ya da ki, digər yollarla alınacaq. İndi bu yeni ticarət savaşının nəticələrini gözləmək lazımdır.

Fransanın iqtisadiyyat nazirliyi son zamanlar amerikan rəqəmsal texnologiya şirkətlərini onda ittiham edibdir ki, onlar Avropanın qayda-qanunlarından sui-istifadə edərək, həqiqi və yetərincə vergi ödəməyiblər. Fransa hökumətinin layihəsi ötən həftə bu ölkənin parlamentidə qəbul olundu və bu gün Fransa senatı onu araşdıracaq. Fransa hökumətinin amerikan şirkətlərdən daha çox vergi almaq üzrə dəlili və qaydaları/ gəlir və təbliğat əsasında olubdur. Bu istiqamətdə Fransanın iqtisadiyyat nazirliyi dörd iri şirkət- Google, Apple, Facebook və Amazon üçün "qafa" adı ilə tanınan üçfaizlik vergi nəzərdə tutubdur. Amerikanın təhqiqatlarının nəticələrindən asılı olmayaraq, Trampın bu qərarı Fransaya qarşı ticarət məhdudiyyətləri ilə nəticələnə və bir daha Amerikanın Avropaya qarşı gömrük rüsumları alovunu şölələndirə bilər.