İyul 12, 2019 15:00 Asia/Baku
  • MAQATE idarə heyətinin iclası amerikalılar üçün ibrət dərsi idi

Rusiya xarici işlər nazirliyinin sözçüsü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin idarə heyətinin nüvə anlaşması haqdakı son iclasını amerikalılar üçün ibrət dərsi adlandırıb.

Mariya Zaxarova dünən deyib: 2018-ci ildə birtərəfli şəkildə və beynəlxalq prinsip və qaydalara zidd bir addımda nüvə anlaşmasını tərk etmiş amerikalılar İrandan bu anlaşmanın maddələrinə riayət etməsini istəyirlər.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Amerikanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin idarə heyətindən növbədənkənar iclas keçirərək, İranın nüvə anlaşması çərçivəsindəki hərəkətlərini araşdırmasını istəməsinə işarə edərək, bu hərəkəti Ağ Ev-in məntiqsizliyinin nişanəsi adlandırıb.

Zaxarova deyib: Amerikanın bu xahişi nəinki Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin idarə heyətinin üzvlərinin rəğbəti və diqqətinə səbəb olmadı, əksinə iclasda iştirak edən ölkələr nüvə anlaşmasından çıxdığına görə, Vaşinqtonu tənqid etdilər.

Rusiya xarici işlər nazirliyinin sözçüsü deyib: Bu iclas və onun nəticələri amerikalılar üçün yaxşı ibrət dərsi oldu, bilsinlər ki, yanlış və bitərəfli hərəkətlər onlar üçün istənillən nəticələri verməyəcək və onlar gərginlikyaratmanı dayandırmalıdırlar.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin idarə heyətinin İranın nüvə proqramı barədəki iclası Amerikanın xahişi ilə iyulun onunda Vyanada keçirildi.