İyul 12, 2019 21:32 Asia/Baku
  • Çin bir daha ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarına qarşı çıxıb

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bir daha Pekinin Amerikanın İrana qasrşı birtərfli və qeyri-qanuni sanksiyalarının əleyhinə olduğunu bildirib.

İRNA-nın verdiyi məlumata görə, Qonq Şuanq bu gün Pekində müxbirlərə açıqlamasında Amerikanın İrandan neft alanın Amerikanın sanksiyalarına məruz qalacağına dair xəbərdarlığına münasibət bildirərkən deyib: Çin ilə İran İslam Respublikası arasında normal ticarət əlaqələri məntiq və qanun əsasındadır və rəsmi Pekin Vaşinqtonun qeyri-qanuni qərarlarına təslim olmayacaq.

Şuanq deyib: Çinin beynəlxalq ictimaiyyət o sıradan da İran ilə iqtisadi və ticarət əlaqələri beynəlxalq qanunlar çərçivəsindədir və ona hörmətlə yanaşılmalıdır.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü sözlərinin başqa bir hissəsində ABŞ-ın nüvə sazişindən çıxdığı halda Atom Enerjisi Agentliyini İranın öhdəlikləri barədə iclasa çağırmasını ABŞ rəsmilərinin təzadlıq hərəkətlərinin göstəricisi hesab edib.