İyul 14, 2019 08:15 Asia/Baku
  • Fransa polisi sarı jiletlilərlə toqquşub
    Fransa polisi sarı jiletlilərlə toqquşub

Fransada sarı jiletlilərin etirazlarının 35-ci həftəsi polis qüvvələrinin basqını ilə zorakılığa çevrilib.

Fransanın polis qüvvələri bu ölkənin müxtəlif məntəqələrində, o cümlədən paytax Parisdə sarı jiletlilərlə toqquşmada dəyənəkdən və gözyaşardıcı qazdan istifadə ediblər.

Hələ məlum deyil ki, şənbəgünkü etirazlarda neçə etirazçı həbs olunubdur.

Fransa 2018-ci ilin 17 noyabrından hökumətin siyasətlərinə qarşı etiraz aksiyalarının şahididir. 

Fransa polisinin zorakılıqları nəticəsində indiyədək on nəfərdən çox insan ölüb, həmçinin təqribən on dörd min nəfər yaralanıb və ya həbs olunubdur. 

Aksiyalar ilk öncə Fransa prezidenti Emmanuel Makronun xüsusiylə yanacaq və vergilər üzrə siyasətlərini hədəfə alırdı, amma sürətlə siyasi mahiyyət kəsb etdi.