İyul 18, 2019 15:49 Asia/Baku
  • Yaponiyada yanğın; onlarla ölü və yaralı

Yaponiyanın qərbindəki bir animasiya studiyasında qəsdən törədilmiş yanğında 24 nəfər həlak olub.

Yaponiya polisi bildirib: Bu gün səhər Kioto şəhərindəki məşhur animasiya studiyasında baş vermiş yanğın nəticəsində onlarla nəfər bədən xəsarəti alıb və itkin düşübdür.

Bu hadisədə yaralıların və itkinlərin sayının artmasına görə, həlak olanların sayı arta bilər.

Yaponiya polisinin bildirdiyinə görə, bir şəxs bu gün Kioto şəhərindəki bu animasiya studiyasına daxil olub, bu binanın bəzi bölmələrinə benzin səpdikdən sonra onu yandırıbdır.

"Kioto Animation" studiyası bu şəhərdəki tanınmış animasiya studiyalarından biridir.

2008-ci ilin sentyabr ayında da Osakadakı bir video satış mərkəzində törədilmiş yanğında on altı nəfər ölmüş, təqribən on nəfər də yaralanmışdı. Bu satış mərkəzini yandırmış şəxs 2009-cu ilin dekabrında edama məhkum olundu.

Teqlər