Avq 01, 2019 09:11 Asia/Baku
  • Tramp 900 uşağı ata-anasından ayırdı
    Tramp 900 uşağı ata-anasından ayırdı

İnsan haqlarını müdafiə təşkilatları bildiriblər ki, təkcə bir il ərzində Ameika hökuməti özünün Meksika ilə sərhəd məntəqələrində 900 uşağı valideynindən ayırıbdır.

İnsan haqlarını müdafiə təşkilatları Amerika hökumətinin uşaqları öz ata-analarından ayırmaq üzrə hərəkətini pisləyib və onun hüquqi cəhətdən izlənilməsini istəyiblər.

Amerika Vətəndaş Azadlıqları İttifaqı bir hesabat yayaraq, ABŞ hökumətini bu ölkənin Meksika ilə müştərək sərhədlərində miqrantlar qarşısında qanunsuz rəftarda ittiham edibdir.

Amerika Vətəndaş Azadlıqları İttifaqı bu məsələnin məhkəmə orqanları tərəfindən təqib edilməsini istəyibdir.

Uşaqların öz valideynlərinə təhvil verilməsini istəyən bu ittifaq Amerikanın məhkəmə oqanlarından istəyibdir ki, miqrant uşaların öz valideynlərindən ayrılmaları qaydalarını tənzim və elan etsinlər.

2018-ci ilin mayında 2700 uşağın öz ata-anasından ayrılması haqda xəbərlər Tramp hökumətinin anti-miqrasiya siyasətlərinə qarşı geniş tənqid dalğasına çevrildi.

Teqlər