Avq 08, 2019 14:09 Asia/Baku
  • ABŞ-ın Elpaso şəhərində Trampa qarşı aksiya keçirilib
    ABŞ-ın Elpaso şəhərində Trampa qarşı aksiya keçirilib

Amerikanın Texas ştatının Elpaso şəhərinin əhalisi bu ölkə prezidentinin həmin şəhərə səfər etməsinə qarşı aksiya keçirib.

Əllərində plakatlar tutmuş aksiyaçılar Amerika prezidenti Donald Trampı rasist, həmçinin bu şəhərdə baş vermiş üç avqust atışmasının şəriki adlandırıblar.

Bəzi aksiyaçıların əyinlərindəki futbolkalarda belə yazılmışdı: "Biz rasizmi qarşılamamalıyıq və biz Trampı qarşılamamalıyıq!"

Elpaso şəhərindəki üç avqust atışması 22 nəfərin ölümünə, 24 nəfərin də yaralanmasına bais oldu.

Hər il Amerikanın müxtəlif məntəqələrində atışma nəticəsində minlərlə nəfər ölür və ya yaralanır.

Teqlər