Avq 11, 2019 08:48 Asia/Baku
  • Moskvada müxaliflərin geniş aksiyası keçirilib
    Moskvada müxaliflərin geniş aksiyası keçirilib

Rusiya xalqından on minlərlə nəfər bu ölkənin paytaxtı Moskvada aksiya keçirib. Onlar azad seçkilərin keçirilməsini tələb ediblər.

Bu geniş aksiya Moskva şəhərinin seçki komissiyasının hərəkətinə etiraz olaraq keçirilibdir.

Moskva seçki komissiyası demək olar ki, hamısı müxaliflərdən olan 57 seçki namizədinin adını seçki siyahısından çıxarıbdır. Səbəb, onların qeydiyyat qanunlarına riayət etməmələri və digər çatışmazlıqlar olubdur.

Rusiya rəsmiləri həmçinin Amerikanın və bəzi Qərb ölkələrinin gərginlik yaradan hərəkətlərinin Moskvada çaxnaşmalara səbəb olduğunu deyirlər.

Bu, son bir ayda Rusiyada dördüncü etiraz günüdür.

Etirazçılar Rusiya rəsmilərindən istəyirlər ki, seçkilərdən kənara qoyulmuş namizədlərə 2019-cu il senyabrın doqquzunda keçiriləcək Moskva parlament seçkilərində iştirak etmək icazəsi versinlər.

Rusiya polisi 21 aksiyaçını həbs edibdir.

Teqlər