Avq 13, 2019 07:15 Asia/Baku
  • Amerikalı yazar: Rasizm cəmiyyətimizdə kök salıb
    Amerikalı yazar: Rasizm cəmiyyətimizdə kök salıb

Amerikada sosial məsələlər üzrə tədqiqatçı və yazar rasizmi bu ölkədə kök salmış bir problem adlandırıb.

İbram Kendi BBÇ telekanalı ilə müsahibədə deyib: Amerikada rasizm problemi kök salmış bir məsələdir və bu məsələ Amerikanın hazırkı və öncəki hökumətlərinin rasizm siyasətlərindən qaynaqlanır.

Kendi hazırkı prezident Donald Trampın rasist siyasətləri barədə belə deyib: Trampın şəxsi rəftarı göstərir ki, o, mütəşəkkil surətdə rasistcəsinə əməl edir.

Amerikada sosial məsələlər üzrə bu tədqiqatçı əlavə edib: Amerikada rasist əqidələr Trampın hakimiyyətə gəlməsindən öncə də rəvac tapmışdı, amma Trampın gördüyü iş bu olubdur ki, bu ideyalar üçün siyasi bir layihəni işləyib, hazırlayaraq, icra edibdir.

Amerikada Pyu araşdırma mərkəzinin rəy sorğusunun nəticələrinə əsasən, Amerika xalqının 56 faizi bu qənaətdədir ki, Trampın prezidentliyi dövründə irqi əlaqələr daha da pisləşibdir.

Həmçinin Amerika xalqının təqribən üçdə ikisi, başqa sözlə, 65 faizi bu qənaətdədir ki, Trampın hakimiyyətə gəlməsindən bəri bu ölkədə rasistcəsinə baxışlar barədə söhbətlər daha da rəvac tapıbdır.

Belə bir halda, Tramp daim özünü rasizmin və ağdərili təəssübünün müxalifi kimi göstərməyə çalışır.

Teqlər