Avq 14, 2019 08:23 Asia/Baku
  • Şeyx Zəkzakinin qızı: Atam Hindistanda yalnız xəstəxanada olmaq icazəsinə malikdir
    Şeyx Zəkzakinin qızı: Atam Hindistanda yalnız xəstəxanada olmaq icazəsinə malikdir

Əllamə Şeyx İbrahim Zəkzakinin həbsi ilə bağlı etirazların davam etməsilə o, dörd il Nigeriya polisinin həbsindən sonra azad edilərək, müalicə üçün Hindistana daxil olub. Nigeriya İslami Hərəkatı rəhbərinin qızı bildirib ki, onun atası Hindistanda tamamilə azad deyil və yalnız xəstəxanada olmaq icazəsinə malikdir.

Nigeriya İslami Hərəkatı rəhbərinin qızı Soheyla Zəkzaki Press TV kanalı ilə müsahibədə qeyd edib ki, atası bir çox cismani problemlə, o cümlədən yüksək qan təzyiqi ilə üzləşir.

Şeyx İbrahim Zəkzaki dünən axşam müalicə üçün Yeni-Dehliyə daxil olub.

Nigeriyanın Hindistandakı səfirliyi Şeyx İbrahim Zəkzakinin Yeni-Dehliyə daxil olmasından sonra bir bəyanatda bildirib ki, o, bu səfirliyin nəzarəti altındadır.

Nigeriyanın təhlükəsizlik qüvvələri Şeyx Zəkzakini və həyat yoldaşını bu səfərdə müşayiət edirlər.

Şeyx Zəkzakinin vəkillərinin bildirdiklərinə görə, o, sağ gözünü itirib və ehtimal üzrə o biri gözünü də itirəcəkdir.

Həmçinin Şeyx Zəkzakinin vəkilləri bildiriblər ki, hələ onun bədənində Nigeriya ordusunun 2015-ci ildə Zaria şəhərinə qarşı hücumundan irəli gələn bir neçə güllə və qəlpə mövcuddur.

Nigeriyanın ordu qüvvələri Şeyx Zəkzakinin həbs olunduğu gün hüseyniyyənin və onun mənzilinin qarşısına toplaşanları atəşə tutaraq, Şeyx Zəkzakinin üç uşağı daxil olmaqla yüzlərlə nəfəri şəhid etdilər.