Avq 14, 2019 11:05 Asia/Baku
  • Trampın 12 min yalanı qeydə alınıb
    Trampın 12 min yalanı qeydə alınıb

Amerika prezidenti Donald Tramp, prezidentliyinin əvvəlindən bəri orta hesabla gündə 13 yalan və ya azdırıcı iddia irəli sürübdür.

"Vaşinqton Post" yazıb: Trampın şişirdilmiş ədədlər, əsassız mübaliğələr və aşkar yalanlar bəyan etməyə təmayülü davam etməkdədir. Belə ki, "Fakt Çeker"in məlumatına əsasən, avqustun beşinədək, yəni Ağ Ev-dəki fəaliyyətinin 928-cü günündə Tramp on iki min on doqquz yalan və ya azdırıcı iddia irəli sürübdür.

"Fakt Çeker" prezidentin bütün sözlərinin izlənilməsi, təsnifata ayrılması və analizi ilə məşğul olan bir orqandır.