Avq 16, 2019 13:00 Asia/Baku
  • Kəşmir nəzarət xəttində toqquşma baş verib
    Kəşmir nəzarət xəttində toqquşma baş verib

Kəşmir nəzarət xəttində Pakistan və Hindistan sərhəd qüvvələri arasında toqquşma nəticəsində tərəflərdən səkkiz nəfər ölüb.

Bu gün Kəşmir nəzarət xəttində Pakistan və Hindistan sərhəd qüvvələri arasında toqquşma nəticəsində üç pakistanlı və beş hind hərbçi ölüb Bu toqquşma barədə artıq təfərrüat verilməyibdir.

Pakistan və Hindistan 2003-cü ildə Kəşmir nəzarət xəttində atəşkəs razılaşması imzaladılar. Amma o zamandan bəri hər iki ölkə dəfələrlə onu pozubdur.

Kəşmir Pakistanla Hindistan arasındakı ən mühüm ixtilaflı məsələlərdən biridir. Hər iki ölkə onun mülkiyyəti iddiası ilə çıxış edir.