Avq 22, 2019 20:53 Asia/Baku
  • Putin ABŞ-ın raket hərəkətləri barədə xəbərdarlıq edib

Rusiya prezidenti xəbərdarlıq edib ki, əgər Amerika dünyanın bir bölgəsində nüvə raketi yerləşdirərsə, Moskvanın cavab addımı ilə üzləşəcəkdir.

Vladimir Putin Helsinkidə fin həmkarı Sauli Niinistö ilə birgə mətbuat konfransında ABŞ-ın yeni raket sınağına reaksiyada deyib ki, Moskva özünün tam təhlükəsizliyinə zəmanət üçün oxşar addımlar atacaqdır.

Rusiya prezidenti bir daha Moskvanın, Vaşinqtonun çıxdığı INF müqaviləsi barədəki mövqeyini açıqlayıb. Bildirib ki, Amerikanın bu müqavilədən çıxması gələcəkdə mənfi nəticələr verəcəkdir.

Teqlər