Avq 25, 2019 17:53 Asia/Baku
  • Avropa Amerikanı intiqam hərəkətləri ilə hədələyib
    Avropa Amerikanı intiqam hərəkətləri ilə hədələyib

Avropa Şurasının sədri Amerikanı Fransa məhsullarına tarif tətbiq edəcəyi halda intiqam addımları ilə hədələyib.

Avropa Şurasının sədri Donald Tusk dünən yeddilər qrupunun Fransada keçirilən sammitinin kənarında təşkil etdiyi bir mətbuat konfransında hədələyərək bildirib ki, əgər ABŞ prezidenti Donald Tramp Fransada yeni rəqəmsal vergi qanununa görə, bu ölkə mallarına tarif təqdim edərsə, Avropa Birliyi də oxşar cavab verərək, Parisi himayə edəcəkdir.

Tramp Fransaya getməzdən öncə belə demişdi: Fransanın Amerika şirkətlərinə vergi tətbiq etməsini istəmirəm, amma əgər bu işi görərsə, Amerika da bundan qabaq görmədikləri tərzdə Fransa mallarına görə vergi alacaqdır.

Fransanın yeni qanununa əsasən, minimum ildə 750 milyon avro gəlirə malik olan və bu ölkədə istifadəçilərə xidmətlər göstərən texnologiya şirkətlərinin illik gəlirlərinə 3 faiz vergi tətbiq olunacaq. Bu qanun Apple, Google və Facebook şirkətlərini öz təsiri altına alacaq.

Teqlər