Sen 04, 2019 12:23 Asia/Baku
  • Fransalılar qadınlara qarşı zorakılığa etiraz ediblər
    Fransalılar qadınlara qarşı zorakılığa etiraz ediblər

Fransanın paytaxtı Parisdə fransız qadın və kişilər qadınlara və uşaqlara qarşı zorakılığa etiraz olaraq aksiya keçiriblər.

Etirazçıların əllərində üzərlərində "Qadınlara qarşı zorakılıq, uşaqlara qarşı zorakılıq daha mümkün deyil!" şüarı yazılmış plakatlar olubdur.

Qadın və uşaqların hüquqlarının pozulmasına etiraz edənlərdən biri- "Hugues De Ponsay" kişilərin bu aksiyadakı zəif iştiraklarını tənqid edərək, deyib: Fransada 101 qadın həlak olub, amma zorakılıqlara dözərək, səsini çıxarmayan daha minlərlə nəfər mövcuddur.

Fransalı qadın və kişilərin etiraz yürüşü bu ölkənin cinsiyyət bərabərliyi naziri Marlen Şiappanın 2019-cu ilin başlanmasından bəri bu ölkədə qadınların evdə qətlə yetirilmələri üzrə yüzdən çox qətl hadisəsinin baş verdiyini bildirməsindən sonra keçirilibdir.

Teqlər