Sen 11, 2019 12:58 Asia/Baku
  • Ş. Koreya rəhbəri raketatıcısının sınağı prosesinə nəzarət edib
    Ş. Koreya rəhbəri raketatıcısının sınağı prosesinə nəzarət edib

Pxenyan Şimali Koreya rəhbərinin birbaşa nəzarəti altında bu ölkənin çox böyük çoxsaylı raket buraxılış qurğusunun sınaqdan keçirildiyini bildirib.

Şimali Koreyanın rəsmi informasiya agentliyi bu gün xəbər verib ki, bu çox böyük çoxsaylı raket buraxılış qurğusu çərşənbə axşamı günü Kim Çen In-ın qarşısında sınaqdan keçirilib.

Bu məlumata görə, Şimali Koreyanın rəhbəri müdafiə sahəsində davamlı inkişaf məqsədilə gələcək vəzifələr və həll yolları barədə bu öklə rəsmilərinə göstərişlər veribdir.

Cənubi Koreya mediaları dünən Şimali Koreyanın iki qısa mənzilli raketinin sınaqdan keçirilməsindən xəbər vermişdilər.

Şimali Koreyanın ardıcıl raket sınaqları Amerikanın öz öhdəliklərinə əməl etməməsinə cavab olaraq həyata keçirilibdir.