Sen 12, 2019 18:14 Asia/Baku
  • Dünyanın 50 ölkəsinin nümayəndələri Kəşmir əhalisinin həbsinin təcili ləğvini istəyiblər
    Dünyanın 50 ölkəsinin nümayəndələri Kəşmir əhalisinin həbsinin təcili ləğvini istəyiblər

BMT-nin insan haqları komitəsinin 50-dən çox üzvü Hindistanın nəzarəti altında olan Kəşmir əhalisinin ev dustaqlığının təcili ləğvini istəyib.

BMT-nin insan haqları komitəsində əlli ölkənin nümayəndələri bir bəyanat yayaraq, hərbi hökumətin və hind hərbçilər tərəfindən Kəşmir əhalisinin ev dustaqlığının təcili ləğvini istəyiblər.

Bu bəyanatda siyasi məhbusların azadlığına və  Kəşmirlə əlaqə yollarının açılmasına təkid olunaraq, Hindistan hökumətindən istənilibdir ki, Kəşmirdə azad referendum keçirsin.

Hind hərbçilər tərəfindən Kəşmir əhalisinin icbari ev dustaqlığından təqribən 40 gün keçir və bölgə əhalisi ən böhranlı şəraitdə yaşayır.

Hindistan cari il avqustun beşindən bu ölkənin nəzarətində olan Kəşmirin muxtariyyətini ləğv etdi.

BMT Təhlükəsizlik Şurasının qətnaməsi bu bölgənin durumunun təyin edilməsi üçün referendumun keçirilməsinə təkid edir.