Sen 16, 2019 13:00 Asia/Baku
  • Gürcüstanda ABŞ səfirliyi önündə aksiya keçirilib
    Gürcüstanda ABŞ səfirliyi önündə aksiya keçirilib

Gürcüstanda "Vətənpərvərlər Birliyi" partiyasının tərəfdarlarından yüzlərlə nəfər ABŞ dövlət katibinin sabiq köməkçisinin sözlərinə etiraz olaraq, bu ölkənin Tiflisdəki səfirliyi önündə aksiya keçirib.

Devid Kramer ötən çərşənbə axşamı günü Gürcüstanın Avropa Birliyi və NATO ilə əməkdaşlığına dair beynəlxalq konfransda Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına dəstək verən "Vətənpərvərlər Birliyi" partiyasının lideri İrma İnaşviliyə çıxış etmək icazəsi verməyib.

Dünənaxşamkı aksiyanın iştirakçıları Devid Krameri arzuolunmaz şəxs adlandırıblar. Onlar həmçinin Amerikanın Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini və "Vahid Milli Hərəkat" partiyasını himayə etməsinin dayandırılmasını istəyiblər.

"Vətənpərvərlər Birliyi" partiyasının başçılarından olan Tarxan Meoravi Gürcüstanın NATO-ya qatılması və əcnəbi ölkələrin hərbi bazalarının Gürcüstan ərazisində yerləşdirilmələrini bu ölkənin maraqları ilə təzadlı hesab edib.

Saakaşvilinin başçılıq etdiyi qərbpərəst "Vahid Milli Hərəkat" partiyası 2003-cü ildən 2012-ci illərədək Gürcüstanda hakimiyyətdə olubdur.

Teqlər