Sen 30, 2019 10:01 Asia/Baku
  • Çin Amerikaya meydan oxuyur

Silah texnologiyaları rəqabətində Pekin ilə Vaşinqton arasında gərginliyin artmasının ardınca Çin müdafiə naziri bazar günü deyib ki, bu ölkənin ordusu ilk dəfə olaraq bəzi yeni nüvə raket və silahlarının təqdimatını keçirəcək.

Nüvə başlığı daşımaq qabiliyyətinə malik olan “Dunfen-41” nüvə raketi qarşıdakı çərşənbə axşamı günü Çin Kommunist Partiyasının 70-ci ildönümü münasibətilə keçiriləcək bu ölkə ordusunun hərbi paradı zamanı nümayiş etdiriləcək.

Deyilənlərə görə, nüvə başlığı daşımaq qabiliyyətinə malik olan “Dunfen-41” nüvə raketi otuz dəqiqədən az bir zamanda Amerikaya çatmaq qabiliyyətinə malikdir.

“Dunfen-41” nüvə raketinin kənarında Çin özünün bəzi digər yeni silahlarını, o sıradan reaktiv pilotsuz təyyarəsini və bir robototexnikalı sualtı qayığını nümayiş etdirəcək.

 

Teqlər