Okt 08, 2019 19:42 Asia/Baku
  • ABŞ büdcəsi üçün yeni rekord
    ABŞ büdcəsi üçün yeni rekord

Amerika konqresinin büdcə idarəsi cari milad ilində federal hökumətin büdcə çatışmazlığını 984 milyard dollar hesablayıbdır ki, bu, 2012-ci ildən bəri ən yüksək rəqəm hesab olunur.

Bu ümumi daxili istehsalın 4.3 faizini təşkil edir.

2015-ci ildən bəri milyard dollarlıq artıma malik olmuş Amerikanın büdcə kəsiri bu il ötən milad ili müqayisədə 26 faizlik artımla 205 milyard dollara çatıbdır.

Amerikanın federal büdcə idarəsi xəbərdarlıq edibdir ki, bu ölkənin büdcə kəsiri və dövlət borcu səbatsız bir istiqamətdə hərəkət edir.

Donald Trampın hakimiyyətə gəldiyi zamandan bəri Amerika hökumətinin gəlirləri vergilər və ümumi daxili istehsalın azalmasının ardınca azalıbdır.

Amerika maliyyə nazirliyinin statistikasına görə, bu ölkənin builki büdcə kəsiri bir trilyon dolları ötüb keçəcəkdir.

 

 

Teqlər