Okt 10, 2019 09:03 Asia/Baku
  • Almaniyanın mərkəzində atışma nəticəsində iki nəfər ölüb
    Almaniyanın mərkəzində atışma nəticəsində iki nəfər ölüb

Almaniya polisi bu ölkənin mərkəzindəki şəhərlərdən birində atışma nəticəsində iki nəfərin ölməsindən xəbər verib.

Almaniya polisi bildirib ki, çərşənbə günü bu ölkənin mərkəzindəki Hale şəhərində silahlı bir şəxs yarımavtomat silahla yəhudilərə aid bir məbəd və qəbiristanlıq qarşısında azı iki nəfəri öldürüb, bir neçə nəfəri də yaralayıbdır.

Almaniya polisinin məlumatına görə, bu atışma zamanı öldürülmüş şəxslərdən biri qadın olubdur.

Almaniya polis rəsmiləri bu atışmanın terror mahiyyətli olması barədə heç nə deməyiblər.

Teqlər