Okt 12, 2019 08:53 Asia/Baku
  • BMT: Türkiyənin Suriyadakı əməliyyatı iki yüz min nəfəri didərgin edib
    BMT: Türkiyənin Suriyadakı əməliyyatı iki yüz min nəfəri didərgin edib

BMT dünən Türkiyənin Suriyanın şimal-şərqindəki əməliyyatı nəticəsində iki yüz minə yaxın insanın didərgin düşməsindən xəbər verib.

BMT-nin açıqlamasında deyilir ki, sığınacaq və məktəblərdə məskunlaşmaqda olan şəxslərin sayı artmaqdadır.

Bundan öncə Ümumdünya Ərzaq Proqramı bildirmişdi ki, Türkiyənin əməliyyatı Həsəkə əyalətindəki Rəəsuləyn və Riqqə əyalətindəki Təl-Əbid şəhərlərinin sakinlərindən 70 min nəfərin didərgin düşməsinə səbəb olubdur.

Çərşənbə günü Suriyanın şimal-şərqində sözdə “Sülh bulağı” adlı yeni hərbi əməliyyatın başlanmasından xəbər verən Türkiyə prezidenti dünən gecə dedi ki, Ankara qonşu ölkələrdə ekspansiya niyyətində deyildir.

Türkiyə prezidenti həmçinin Qərb ölkələrini Türkiyəyə hücum edən qruplar qarşısında ikili mövqe tutmaqda ittiham edib.

Türkiyə xarici işlər nazirliyi Amerikanın bu ölkəyə qarşı sanksiyalar ehtimalı ilə bağlı bildirişinə münasibətdə qeyd edibdir ki, “terrorizmlə mübarizə sahəsində Türkiyənin səyləri əleyhinə istənilən addımın əvəzini çıxacağıq”.

Rusiya prezidenti də xəbərdarlıq edibdir ki, Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatı İŞİD-çilərin kürdlərin nəzarəti altında olan zindanlardan qaçmalarına bais ola bilər və Türkiyənin/ durumu öz nəzarətində saxlayacağına əmin deyildir.

“Suriya demokratik qüvvələri” adlandırılan Suriyadakı yarımhərbçi kürdlərin komandanı İŞİD əsirlərini azad etməklə hədələyibdir.