Okt 12, 2019 14:11 Asia/Baku
  • ABŞ daxili təhlükəsizlik departamentinin başçısı istefa verib
    ABŞ daxili təhlükəsizlik departamentinin başçısı istefa verib

Amerika prezidenti bu ölkənin daxili təhlükəsizlik departamenti başçısının istefa verməsindən xəbər verib.

Amerika prezidenti Donald Tramp bu gün səhər bit tvitter mesajında bu ölkənin daxili təhlükəsizlik departamentinin başçısı Kevin Mak Allenanın vəzifəsindən kənarlaşmasına toxunub. O, yazıb: Kevin illər boyu hökumət vəzifəsində çalışdıqdan sonra hazırda özəl sektora getmək və ailəsi ilə daha çox vaxt keçirmək istəyir.

Tramp daxili təhlükəsizlik departamentinin yeni başçısının gələn həftə təqdim olunacağını bildirib. Qeyd edib ki, bu vəzifəyə çoxlu sayda namizəd var.

Mak Allenan daxili təhlükəsizlik departamentinin başçısı vəzifəsini qəbul edəndən təkcə altı aydan sonra öz vəzifəsindən kənara çəkildi.

Bu, Trampın üç il hakimiyyəti dövründə daxili təhlükəsizlik departamentinin başçısı vəzifəsindən uzaqlaşan dördüncü nəfərdir.

 

Teqlər