Okt 14, 2019 15:44 Asia/Baku
  • Montaj olunmuş bir klipdə Tramp öz tənqidçilərini qırıb-tökür
    Montaj olunmuş bir klipdə Tramp öz tənqidçilərini qırıb-tökür

"Nyu-York Tayms" qəzeti dünən yazıb: İnternetdə yayılan bir videoda Amerika prezidenti Donald Tramp siyasi müxaliflərə və media mənsublarına atəş açır və ya bıçaq çəkir.

Bu video Trampın tərəfdarlarının qatıldıqları bir konfrans zamanı nümayiş etdirilib. Bu klipdə "Tramp" simalı bir kişi "Saxta Xəbər Kilsəsi" adlı bir məkanda, üzlərinin yerinə, CNN, "Vaşinqton Post" və NBCTV kimi mediaların loqotiplərinin yerləşdirildiyi şəxslərə tərəf atəş açır.

Bu videoda Trampın şəxsiyyəti, vəfat etmiş senator Con Mak Keynə və demokrat partiyasından və qarşıdakı prezident seçkilərinin rəqiblərindən olan senator Berni Sendersə hücum edir. Tramp respublikaçı senator Mit Ramnini yerə tullayır və Amerikanın öncəki prezidenti Barak Obamaya arxadan hücum edərək, onu divara çırpır.