Noy 08, 2019 17:21 Asia/Baku
  • Breksit böhranı davam edir
    Breksit böhranı davam edir

İndiyədək İngiltərənin iki baş nazirini özünə qurban etmiş breksit bu dəfə Conson breksit referendumundan sonra özünü xilas etmək üçün kraliçanın məlumatı ilə parlamenti breksitə qurban etdi.

Breksit ilə bağlı ixtilaflar və dalana dirənmə İngiltərəni parlamenti buraxmağa və son üç il yarımdan az bir zamanda parlament seçkiləri keçirməyə məcbur etdi. İngiltərə baş nazirinin kraliça ilə görüşdən sonrakı mövqeyi və parlamentin buraxılması.

Mən növbədənkənar seçkilər istəmirəm və heç kəs dekabrda seçkilərin keçirilməsini məndən az istəmirdi. Amma elə bir yerə çatmışdıq ki, ayrı bir seçimimiz yox idi, zira parlamentimiz iflic olub və üç il yarımdır ki, bir iş görməyə qadir deyildir və parlament üzvləri xalqın Avropa Birliyindən çıxmaq üzrə istəyinin icrasında dəfələrlə nakam qaldılar.

Növbədənkənar seçkilərin keçirilməsi üzrə beşhəftəlik bir zaman elə bir halda başlanıbdır ki, Consonun liderliyi altında olan mühafizəkarlar partiyası “İngiltərəni Avropa Birliyindən çıxaraq!”, onun ənənəvi rəqibi olan leyboristlər partiyası isə “Gerçək dəyişiklik!” şüarları ilə seçki mübarizəsinə daxil olublar.

Bu seçkilərdə iki seçim var; ya aqilanə və razılıqla çıxış, ya da ki, Avropa Birliyində qalmaq. Biz bu ölkəyə lazım olan gerçək dəyişikliyi yarada bilərik.

Hərçənd leyboristlər partiyası İngiltərənin Avropa Birliyindən ayrılması qarşısında mühafizəkarlar partiyasının əksinə olaraq elə bir mövqe tutubdur ki, həm tərəfdarların, həm də əleyhdarların diqqətini cəlb edə bilsin. Amma Şotlandiya və Uels-in milli partiyaları, yaşıllar və liberal-demokrat partiyaları şəffaf şəkildə və Avropa Birliyində qalmaq şüarı ilə seçki fəaliyyətlərinə başlayıblar.

Yeni baş nazir breksitə müsbət baxışla və Avropa Birliyindən çıxmaq vədi ilə öz işinə başladı. Amma o da öz vədinin yerinə yetirilməsində nakam qalıb. Cəmiyyət baş nazirin bu vədlərinin xəsarətlərinə məruz qalıb və bu vəziyyətdən çıxış yolu axtarır.

Breksit referendumunun keçirildiyi zamandan bəri İngiltərədən bir trilyard funt-sterlinqdən çox sərmayə çıxıbdır. Bir çox ekspertin fikrincə, breksitdən irəli gələn iqtisadi çatışmazlıqlar bu ölkənin yaxasından əl çəkən deyildir.