Noy 13, 2019 14:17 Asia/Baku
  • Ərdoğan Amerikada səfərdədir

Türkiyə prezidenti Amerikanın yüksək vəzifəli rəsmiləri ilə görüşmək məqsədilə Vaşinqtona daxil olub.

ABŞ prezidenti Donald Trampın dəvəti ilə bu gün səhər tezdən Vaşinqtona səfər edən Rəcəb Tayyıb Ərdoğan bu şəhərə daxil olan kimi bir qrup iş adamı ilə görüşübdür.

Vaşinqton-Ankara münasibətlərinin genişləndirilməsi, gömrük tarifləri və ticarət mübadilələri həcmini artırmaq üzrə səy Ərdoğanın amerikalı iş adamları ilə görüşünün mehvərlərindən olubdur.

Ərdoğanın müxalifləri, o cümlədən Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu, "İyi" partiyanın rəhbəri Meral Akşener Ərdoğanın Vaşinqtona səfərini nailiyyətsiz adlandıraraq, bildiriblər ki, o, belə bir şəraitdə Amerikaya getməməli idi.

Ərdoğan bu gün Donald Tramp ilə ticarət savaşı daxil olmaqla iki ölkə arasındakı ixtilafların həlli barədə danışmalıdır.

Teqlər