Noy 18, 2019 20:20 Asia/Baku
  • Kaliforniyada atışma; 4 ölü
    Kaliforniyada atışma; 4 ölü

ABŞ polisi bildirib ki, Kaliforniyadakı atışmada dörd nəfər ölüb, altı nəfər də yaralanıbdır.

Los-Ancelesin şimalının 200 milliyində yerləşən Ferenso şəhərində atışma baş verib və hücumçu şəxs futbol yarışına tamaşaya toplaşmış təqribən 35 nəfərə atəş açıb.

Ferenso şəhər polisinin rəis müavini bildirib ki, bu atışmada üç nəfər hadisə yerindəcə dünyasını dəyişib. Dördüncü şəxs xəstəxanaya köçürüldükdən sonra vəfat edib.

O, əlavə edib: Bu atışmanın bütün qurbanları 25-35 yaşlar arasında olan kişilər olublar.