Noy 27, 2019 20:12 Asia/Baku
  • Fransalı fermerlərin etirazları davam edir

Fransalı fermerlər bu ölkə hökumətinin iqtisadi siyasətlərinə etiraz olaraq aksiya keçiriblər.

"Le Parizian" fransız qəzetinin məlumatına görə, fransalı fermerlər bu gün Fermerlər Birlikləri Milli Federasiyası və Fransanın Gənc Fermerlər Birliyinin başlatdıqları aksiyada yüzlərlə traktorla Paris və Lion şəhərlərinə çıxan əsas yolları və magistral yollarını bağlayaraq, iri həcmli və yüzlərlə kilometr uzanan hərəkət qapanmasına bais olublar.

Xalq və müxtəlif peşə sahiblərinin Makron hökumətinin iqtisadi siyasətlərinə qarşı etirazları çərçivəsində təqribən son üç ayda üçüncü dəfə fransalı fermerlər aksiya keçiriblər.

Almaniyalı fermerlər də dünən etiraz əlaməti olaraq öz traktorlarını iri şəhərlərin küçəlkərinə gətirərək, oxşar addım atıblar.

Teqlər