Dek 04, 2019 17:24 Asia/Baku
  • Makron NATO-nun naməlum strategiyasının islah olunmasını istəyib

Fransa prezidenti Şimali Atlantik Alyansı NATO-nun şəffaflığını və anlaşılmayan strategiyalarının aydınlaşdırılmasını tələb edib.

Röyterz-in məlumatına görə, Fransa prezidenti Emmanuel Makron radio ilə müsahibədə NATO üzvləri arasında mövcüd olan ixtilaflara və Fransa, Türkiyə, Britaniya və Almaniyanın dövlət başçılarının dördtərəfli gürüşünə işarə edərək, "biz ixtilafları həll edə bilmədik və mən NATO-nun daxilində nəticə çıxarmaq istiqamətində bir növ maneənin olduğunu düşünürəm" deyə Makron əlavə edib.

O  "Biz NATO çərçivəsində uyğunlaşmayacağıq" söyləyib.

Fransa prezidenti daha sonra Türkiyənin İŞİD ilə yanaşma tərzini şübhəli  adlandırıb, və   Fransan Türkiyə torpaqlarının təhlükəsialiyindən nigarandır, ancaq onunla bərabər İŞİD ilə mübarizə aparan kürdlər ilə qarşıdurmanın yaranmasını istəmir söyləyib və bunların fərqli olduğunu bəyan edib.

Eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı günü. NATO-nu  Ankaranın terrorçu bildiyi qrupları terrorçu tanımadığı təqdirdə onun Baltikyanı ölkələri müdafiə planına qarşı çıxacağı ilə hədələyib.

NATO-ya üzv olan 29 ölkənin dövlət  başçıları Londonun şimal qərb ətrafında yerləşən "Watford" məntəqəsində keçirilən NATO-nun sammitində bir araya gəliblər.

NATO-nun yaranmasının 70 illiyinə həsr olunan tədbir dekabrın 3 və 4-də elə bir halda keçirilir ki misli görünməmiş ixtilaflar və problemlərin yaranması bu hərbi ittifaqın gələcəyini naməlum vəziyyət ilə üzləşdirib.

Teqlər