Dek 04, 2019 17:24 Asia/Baku
  • Trampın impiçmenti ilə bağlı yayılan məlumatlara Ağ evin reaksiyası

Ağ evin mətbuat katibi ABŞ-ın Nümayəndələr Palatası tərəfindən yayılan Trampın impiçment istintaqı ilə bağli məruzəni yalan adlandırıb.

İRNA-nın məlumatına görə, Ağ evin sözçüsü Stefani Qrişam Çərçənbə axşamı günü ABŞ-ın Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin,  Amerika prezidenti Donald Tramın impiçment istintaqı ilə bağlı məruzəsinin yayılmasına cavab olaraq, istintaqı yalan və birtərəfli adlandırıb.

Qrişam Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin sədri Adam Şiff və demokratların birtərəfli və yalan bir prosesin sonunda  prezident Trampın səhvini sübut edəcək hər hansı bir sənəd toplaya bilmədiklərini  söyləyib. 

Çərşənbə axşamı Amerikanın Nümayındələr Palatasının Kəşfiyyat Komitəsi Trampın impiçment istintaqı ilə bağlı 300 səhifəlik bir məruzə nəşr edib və Trampın əleyhinə ittihamlar səsləndiribdir.

Bu məruzədə Tramp prezident səlahiyyətlərindən sui- istifadə edərək, Ukrayna prezidenti Vladimir Zelenskiyə,  seçkilərdə rəqibi olan Co Bayden haqqinda araşdırma aparması üçün təzyiq göstərib. 

Tramp həmçinin Nümayəndələr Palatasının impiçment istintaqı prosesini əngəlləməkdə və onların şahidlərə və əsas sübutlara əlçatmalarına maneələr törətməkdə ittiham olunur.

 Əslində bu məruzə  Trampın impiçmentinin əsasını təşkil edir.

Teqlər