Yan 16, 2020 19:24 Asia/Baku
  • Rusiyanın Qırğızıstandakı bazası gücləndirilir
    Rusiyanın Qırğızıstandakı bazası gücləndirilir

Rusiya müdafiə nazirliyi Qırğızıstanda yerləşən "Qənd" hərbi bazasına ən yeni hərbi təchizatların köçürülməsindən xəbər verib.

Rusiyanın Qırğızıstanda yerləşən yeni "Suxoy 25 AM3" qırıcılarının imkanları öncəki nümunələrlə müqayisədə daha artıq kəsərliliyə malikdir.

Rusiyanın Qırğızıstandakı bazasının gücləndirilməsi rus hərbi rəsmilərinin Əfqanıstanda fəaliyyət göstərən terror qruplarından irəli gələn təhdidlərin artması barədəki sözlərilə bir zamanda həyata keçir.

Gözlənilir ki, bu addımın atılması ilə Rusiya cənub sərhədlərinin müdafiəsinə öz hazırlığını göstərəcək.

Rusiyanın Qırğızıstanın Qənd şəhərindəki bazası kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının qüvvələrinə aiddir və onda məqsəd, həmin təşkilatın üzvlərinin hava məkanlarının təhlükəsizliyinin təmin edilməsidir.

Teqlər