Yan 17, 2020 10:11 Asia/Baku
  • AB-nin məsul şəxsi ABŞ-ın nüvə anlaşmasına qarşı siyasətini kəskin şəkildə tənqid edib
    AB-nin məsul şəxsi ABŞ-ın nüvə anlaşmasına qarşı siyasətini kəskin şəkildə tənqid edib

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Amerikanın birtərəfli surətdə nüvə anlaşmasından çıxmasını tənqid edərək, bu ölkənin başçılarına xitabən deyib: Deyirsiniz ki, daha yaxşı anlaşma istəyirsiniz; kimin üçün daha yaxşı?

Jozep Borrel Hindistanda keçirilən “RAİSİNA” yığıncağında bir daha vurğulayıb ki, Avropa bu anlaşmanın qorunmasını istəyir.

Borrel Amerikanın birtərəfli surətdə nüvə anlaşmasından çıxmasına işarə edərək, deyib: Bu anlaşmanı aradan götürmək istəyən kəslər bilməlidirlər ki, yeni anlaşmaya nail olmaq nə qədər çətindir.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi əlavə edib: Bu anlaşma üstündə müzakirə on iki il sürdü, amma o, dünyanı daha təhlükəsiz bir məkana çevirə bildi.

Avropa Birliyinin bu yeni rəsmisinin sözləri elə bir halda ifadə olunubdur ki, Almaniya, İngiltərə və Fransaya şamil və nüvə anlaşması tərəfi olan üç Avropa ölkəsi çərşənbə axşamı günü bu anlaşmanın birtərəfli surətdə icrasına dair öz tələbini təkrar edərək, anlaşma ilə bağlı mübahisələrin tənzimlənməsi mexanizmini fəallaşdırdı.

İran İslam Respublikası Donald Trampın nüvə anlaşmasından çıxmasından və avropalıların bu anlaşma qarşısındakı öhdəliklərinin icrasındakı fəaliyyətsizliklərindən bir il sonra 60 günlük fasilələrlə beş addımda öz nüvə anlaşması öhdəliklərini azaltdı.

Tehran eyni zamanda, daim bildiribdir ki, MAQATE ilə həmkarlığını davam etdirəcək və sanksiyaların aradan qaldırılacağı və avropalıların nüvə anlaşması qarşısındakı öhdəliklərinə real cəhətdən sadiq qalacaqları təqdirdə, İran da öz nüvə anlaşması öhdəliklərinin icrasını bərpa edəcəkdir.