Yan 17, 2020 14:23 Asia/Baku
  • 
ABŞ mediası: Əynuləsəd yaralıları Almaniyaya və Küveytə köçürülüblər
    ABŞ mediası: Əynuləsəd yaralıları Almaniyaya və Küveytə köçürülüblər

Bir ABŞ mediası bu ölkə hökumətinin iddialarından fərqli rəvayətər söyləyərək, bu ölkə hərbçilərinin İranın intiqam mahiyyətli raket hücumu nəticəsindəki tələfatı barədə yeni faktlar təqdim edibdir.

“Difens Uan” xəbər portal yazıb: ABŞ ordusunun və bu ölkənin müdafiə nazirliyinin bir neçə rəsmisi bildiribdir ki, İranın raket hücumunda yaralanmış hərbçilər cari həftədə Amerikanın Küveytdə və Almaniyanın “Landştul” şəhərində yerləşən hərbi hospitallarına köçürülüblər.

Vaşinqton Post qəzeti çərşənbə günü ilk dəfə olaraq, İranın amerikalı hərbçilərin İraqda yerləşən hərbi bazasına qarşı raket hücumunda bir neçə nəfərin yaralanmasına işarə etmişdi.

Bu xəbərdən sonra üzdəniraq anti-İŞİD amerikan koalisiyası da dünən gecə rəsmi bir açıqlamada təsdiq etməyə məcbur oldu ki, İranın Əynuləsəd bazasına qarşı raket hücumunda on bir amerikalı hərbçi yaralanıb və hələ də müalicə olunmaqdadır.

Ağ Ev rəsmiləri indiyədək iddia edirdilər ki, İranın amerikalı hərbçilərin İraqda yerləşən hərbi bazasına qarşı raket hücumunda bu hərbçilər və koalisiya qüvvələri arasında ölən və yaralanan olmayıbdır.

 

Teqlər