Yan 27, 2020 08:23 Asia/Baku
  • Adam Şiff: Tramp kinli adamdır
    Adam Şiff: Tramp kinli adamdır

ABŞ konqresinin nümayəndələr palatasının kəşfiyyat komitəsinin rəisi bazar günü gecə bu ölkənin prezidenti Donald Trampı kinli adam adlandırıb və deyib ki, Tramp onu təhdid edibdir.

“Trampın impiçmenti üzrə məsul şəxslər” komandasının başçısı da olan Adam Şiff bir televiziya verilişində “O, Trampın özünə qarşı təhdidini necə dəyərlndirir?” sualının cavabında deyib ki, bu tvit bir təhdid idi.

Tramp bazar günü öz impiçmentindən qaçmaq və mənfi atmosfer yaratmaq üzrə səydə bir tvittdə Şiffi xəstə və pozğun bir siyastəçi adlandırıb və yazıb ki, o, hələ Amerika ilə bağlı gördüyü işin əvəzini ödəməyibdir.

ABŞ senatında Trampın impiçmenti məhkəməsinin iclasları ötən həftənin çərşənbə axşamı günündən başlanıb.

Trampın impiçmenti prosesi onun Ukrayna prezidenti ilə telefon söhbətinin ifşa olunmasıdan sonra başlanıbdır.

Tramp ötən ilin iyul ayınının sonlarında öz ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon əlaqəsində ondan istəmişdi ki, ona, qarşıdakı ABŞ prezident seçkilərində demokrat namizəd və onun əsl rəqibi Co Baydenin imicini poza biləcək məlumatlar versin.

Deyilənlərə görə, Tramp Amerikanın Ukraynaya hərbi köməkliyini Baydenin və onun oğlunun iddia oluan korrupsiyası barədə təhqiqatla şərtləndiribdir.

Bu rüsvayçılıqdan sonra ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosinin göstərişi ilə Trampın impiçmenti üzrə təhqiqat prosesi baçlandı.

Demokratlar bu qənatdədirlər ki, bu ölkə prezidentinin bu günədək gördüyü işlər Amerika konstitusiyasını ciddi şəkildə pozubdur.