Yan 27, 2020 09:10 Asia/Baku
  • ABŞ-ın Bağdaddakı səfirliyinin ətrafına bir neçə raket düşüb
    ABŞ-ın Bağdaddakı səfirliyinin ətrafına bir neçə raket düşüb

İnformasiya mənbələri dünən gecə ABŞ-ın Bağdaddakı səfirliyinin ətrafına bir neçə raketin düşməsindən xəbər veriblər.

Bəzi informasiya mənbələri Amerika səfirliyinə tərəf atılmış raketlərin sayını dörd, bir başqa qaynaqlar isə beş ədəd elan ediblər.

Bu raket hücumunda üç nəfər yaralanıb. Amerikan vertolyotlar səfirlikdəki insanları boşaldıblar.

Hələ raket hücumunun törətdiyi xəsarət və tələfat barədə bir məlumat yayılmayıbdır.

Bağdadın yaşıl bölgəsi və Amerikanın İraqdakı hərbi bazaları, o cümlədən Əltaci və Əlbələd bazaları son günlər bir neçə dəfə raket hücumları hədəflərinə çevriliblər.

Amerika son illər dəfələrlə bu bazalardan istifadə edibdir.

Əlhəds telekanalı amerikan qırıcıların Bağdadın və Amerikanın bu şəhərdəki səfirliyi üzərindəki geniş uçuşlarından xəbər veribdir.