Fev 08, 2020 19:43 Asia/Baku
  • Qazaxıstanda silahlı toqquşmanın detalları yayılıb

Qazaxıstanın daxili işlər naziri bildirib ki, bu ölkənin cənubunda silahlı toqquşma nəticəsində azı 8 nəfər ölüb, 40 nəfər də yaralanıbdır.

Yerlan Turqumbayev bu gün deyib: Cümə günü gecə Qazaxıstanın cənubunda yerləşən Jambil əyalətində baş verən toqquşmada təqribən 70 nəfər yaralanıb. Bu hadisədə bir qrup polis qüvvəsi də bədən xəsarəti alıbdır.

Qazaxıstanın daxili işlər naziri əlavə edib: Bəzi şəxslər virtual mühitdə film və mətləblər yayaraq, gərginliyi qızışdırmaq istəyirlər.

Bu məlumata əsasən, hərçənd Qazaxıstan rəsmiləri açıq şəkildə bu silahlı toqquşmanın mahiyyəti barədə bir fikir bildirməyiblər, amma toqquşma Çin əslli müsəlman azlığın yaşadığı bir məkanda baş veribdir.

Müşahidəçilər deyiblər ki, bir qrup silahlı şəxs Jambil əyalətinin Almatı şəhərinin cənub-qərbindən təqribən 120 kilometr aralıda, Tacikistan sərhədinin yaxınlığında yerləşən Masançi kəndindəki mənzilləri yandırıblar. 

Qazaxıstan prezidenti Kassym-Jomart Tokayev də məsələnin önəminə görə, bir televiziya çıxışında milli birliyə təkid edərək, vəd veribdir ki, təhqiqat bitdikdən sonra müqəssirlər cəzalandırılacaqlar.

 

Teqlər